Baku Derma

About US

 

Baku Derma –  Excellence in Beauty and Dermatology

Baku Derma haqqında

Baku Derma — dermatologiya, kosmetologiya və estetik tibb sahəsində elmi biliklə praktik təcrübəni birləşdirən nüfuzlu beynəlxalq platformadır. Bu layihə sahə üzrə çalışan mütəxəssisləri, aparıcı brendləri və dünya miqyasında tanınmış ekspertləri Bakıda bir araya gətirərək bilik paylaşımını, peşəkar inkişafı və innovasiyanı təşviq edir.

Baku Derma ilk dəfə 2024-cü ildə təşkil olunmuş və qısa zamanda regionun ən diqqətçəkən dermatoloji tədbirlərindən birinə çevrilmişdir. 2025-ci ildə keçirilən növbəti konqres isə iştirakçı sayı, elmi proqramın zənginliyi və praktiki sessiyaların keyfiyyəti baxımından layihənin davamlı inkişaf etdiyini bir daha sübut etmişdir. Hər iki tədbirdə dermatologiya və estetik tibb sahəsində ən son elmi yeniliklər, müasir müalicə protokolları, aparat texnologiyaları və real klinik təcrübələr təqdim olunmuşdur.

Baku Derma-nın əsas fərqləndirici cəhəti yalnız nəzəri biliklə kifayətlənməməsi, eyni zamanda canlı model üzərində keçirilən master-klasslar, hands-on workshoplar və praktik sessiyalar vasitəsilə iştirakçılara real təcrübə qazandırmasıdır. Bu yanaşma tədbiri həkimlər və sahə üzrə mütəxəssislər üçün daha dəyərli və effektiv edir.

Layihə çərçivəsində tanınmış beynəlxalq spikerlər, akademiklər və klinik praktiklər öz təcrübələrini paylaşır, iştirakçılar isə qlobal trendlərlə birbaşa tanış olmaq imkanı əldə edirlər. Eyni zamanda Baku Derma sənaye nümayəndələri üçün innovativ məhsul və texnologiyalarını peşəkar auditoriyaya təqdim etmək üçün ideal platforma rolunu oynayır.

Baku Derma-nın növbəti beynəlxalq konqresi 2026-cı ilin may ayında Bakıda keçirilməsi planlaşdırılır. Yeni proqram, daha geniş beynəlxalq iştirak, innovativ mövzular və zəngin praktiki sessiyalarla bu tədbirin əvvəlki illərin uğurunu daha da irəli aparacağı hədəflənir. Peşəkarlıq, elmi dəqiqlik və keyfiyyət prinsiplərinə sadiq qalaraq, Baku Derma dermatologiya və estetik tibb sahəsində regionda etibarlı bilik və inkişaf platforması olmağa davam edir!